kdr8

Məşhur türk aktyoru Kadir İnanırın vəfatından sonra onun mirası ətrafında yaranmış münaqişə səngimək bilmir.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, sənətkarın qardaşı oğlu Levent İnanır aktyorun uzun illər həyat yoldaşı olmuş Jülidə Kuralı yenidən sərt tənqid edərək bahalı saatların, qızıl üzüklərin və digər qiymətli əşyaların hara yoxa çıxdığına dair açıqlama tələb edib.

Leventin sözlərinə görə, əmisi xəstəxanaya yerləşdirilməzdən əvvəl onunla bir neçə dəfə nahar edib. Hər görüşdə Kadir İnanır fərqli saatlar – “Patek Philippe” və qızıl “Rolex”, həmçinin Atatürkün tuğrası olan üzüklər taxıb.

Kadir İnanırın miras qalmaqalı: Qardaşı oğlu itmiş saatları axtarır - Foto

Qardaşı oğlu iddia edir ki, məhkəməyə müraciət etdikdən sonra vəkil və hakimlə birlikdə aktyorun evinə baxış keçiriblər, lakin orada heç bir zinət əşyası tapmayıblar. Hətta evdəki seyfin də boş olduğu üzə çıxıb.

Kadir İnanırın miras qalmaqalı: Qardaşı oğlu itmiş saatları axtarır - Foto

Bundan əlavə, Levent İnanır aktyorun dəfnindən sonra Jülidə Kuralın Bodruma getməsi ilə bağlı verdiyi izahata şübhə ilə yanaşıb. O, həmçinin Kadir İnanıra evlilik təklifinin məhz Kural tərəfindən edildiyini, lakin aktyorun bu təklifi rədd etdiyini bildirib.

Kadir İnanırın miras qalmaqalı: Qardaşı oğlu itmiş saatları axtarır - Foto

Bütün bunlara baxmayaraq, Levent Fatsadakı ailə torpaqlarının əmisi qızı Gül Bakara verilməsi qərarını müsbət qiymətləndirib. O, sosial şəbəkələrdəki tənqidlərə rəğmən, öz hüquqlarını qanuni yollarla müdafiə etməkdə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, türk kinosunun ustad sənətkarı Kadir İnanır bu il iyunun 26-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Paylaş: