“Comex” birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb.
Globalinfo.Az xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.60 dollar təşkil edib.
Saat 21:13-də isə qızıl füçerslərinin qiymətində eniş sürətlənib. Göstərici 3.3% azalaraq 3 898.4 dollara düşüb.
Bu, 2025-cı il noyabrın 3-dən bəri qeydə alınan ən aşağı qiymətdir.