Oktyabrın 31-də Fransanın müxtəlif şəhərlərində keçiriləcək kütləvi etiraz aksiyalarına 500 minə yaxın insanın qatılacağı proqnozlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə RMC radiostansiyası təhlükəsizlik sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Paris regionundan kənarda keçiriləcək nümayişlərdə 350 minədək insanın iştirakı gözlənilir.
Paytaxt Parisdə isə aksiyalara 100-150 min nəfərin qatılacağı ehtimal olunur.
Əliyar Xəlil