ukrayna herbci

Belarus Ukrayna ilə sərhədin mühafizəsini gücləndirmək və mümkün təhdidlərə qarşı müdafiəni artırmaq məqsədilə Qomel vilayətində yeni hava-desant bölməsi yaradır.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Vladimir Belıy ONT telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni hərbi bölmənin formalaşdırılması üzrə işlər sistemli şəkildə davam etdirilir və artıq yekun mərhələyə çatıb.

Belıy qeyd edib ki, hazırda bölmənin yerləşdirilməsi üçün infrastrukturun hazırlanması, şəxsi heyətin və zabitlərin təlimi, eləcə də hərbi texnika və silahların hazırlanması üzrə işlər tamamlanmaq üzrədir.

Baş Qərargah rəisi yeni bölmənin əsas vəzifələrindən birinin potensial təhlükə yarana biləcək ərazilərin qorunması olduğunu vurğulayıb.

O, bölgədəki ümumi vəziyyəti mürəkkəb, lakin proqnozlaşdırıla bilən və sabit kimi qiymətləndirib.

Yeni bölmənin yaradılması Belarusun Ukrayna ilə cənub sərhədlərində hərbi mövcudluğunu və müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilir.

Tahir Turan

Globalinfo.az

Paylaş: