celik 1

Türkiyəli məşhur müğənni Çelik balıq bazarında hamam lifi satarkən görüntülənib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı ifaçı özü də paylaşım edib.

Müğənninin bazarda görən vətəndaşlar təəccüblə qarşılayıb, piştaxta isə qısa zamanda maraq mərkəzinə çevrilib.

Çelik görüntüləri sosial şəbəkə hesabında paylaşaraq izləyicilərinə “Sizcə niyə?” sualını ünvanlayıb.

Daha sonra bunun səbəbini açıqlayan müğənni bildirib ki, məqsədi qazanc əldə etmək deyil, yaxınlarının yanında olmaqdır:

“Paylaşmaq hər zaman maddi dəstək demək deyil. Bəzən sadəcə insanın yanında olmaq kifayətdir. İmkanım olduqda yaxınlarımın yanında dayanmağa çalışıram. Təkcə varlığım belə onlar üçün bir dəstəkdir. Bununla yanaşı, təbii ki, bir az da satış olur.

Günel Cəlil
Globalinfo.az

Paylaş: