Gemini Generated Image 2uauj2uauj2uauj2

Tanınmış aparıcı Fira Cəlilovanın (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fira Cəlilova sosial şəbəkə hesabında paylaşım edib.

Onun evindən anasına məxsus külli miqdarda dəyəri olan zinət əşyalarının və elektron avadanlıqların oğurlandığını bildirib.

O bildirib ki, noyabrın 26-da saat 22:00 radələrində təxminən 15 nəfərdən ibarət naməlum şəxslər beş avtomobillə bağ evinə gəliblər və evdə anası ilə 12 yaşlı oğlunun olmasına baxmayaraq soyuq silahla evə basqın ediblər.

Aparıcının sözlərinə görə, hadisə zamanı evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 11 min manat dəyərində brilyant sırğalar, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.

F.Cəlilova hadisənin araşdırılması, şəxslərin müəyyənləşdirilməsi və oğurlanmış əşyaların geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Firuzə Cəlilova hadisədə iştirak etdiyi ehtimal olunan avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını da açıqlayıb:

– 99-ME-666;

– 90-ME-007;

– 90-YA-094;

– 10-CE-025.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Əməliyyatın anbaan görüntüləri:

Globalinfo.az

Paylaş: