f644016fa3756d 644016fa375b0.thumb

“Münhendə Nikol Paşinyanın rəhbərlik etdiyi “turist qrupu” Bakı həbsxanalarında cəza çəkən ermənilər (separatçılar – red) haqqında bir kəlmə də danışmadı”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Mane Tandilyan deyib.

“Paşinyan susqunluğu ilə beynəlxalq ictimaiyyətə siqnal verir ki, bu məsələ onun üçün bağlanıb. Baş nazir Nikol Paşinyan uzun müddətdir ki, Ermənistanın və erməni xalqının maraqlarını təmsil etmir. O, yalnız öz hakimiyyətini genişləndirmək niyyətindədir və bunun üçün destruktiv siyasət aparır”, – deyə Tandilyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: