“Taliban”ın məmurunu öz cangüdəni qətlə yetirdi – VİDEO

Əfqanıstanın Kündüz vilayətində “Taliban” tərəfindən təyin edilən məmur öz cangüdəni tərəfindən öldürülüb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi an müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Öldürülən şəxs Kündüz vilayətində “Taliban” polisinin narkotiklərlə mübarizə şöbəsinin rəhbəri Kari Samiulla Nafizdir.

Qətli törədən mühafizəçi artıq həbs edilib, cinayətin motivləri barədə məlumat verilmir.