Şuşadakı qəzada ölənlərin sayı 6 nəfərə çatdı

Şuşanın Daşaltı kəndində ağır yol qəzasında xəsarət alan sürücü də ölüb.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad rayonunun Əlilləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb.

Belə ki, Elvin Abbasovun idarə etdiyi “Nissan Navara” markalı avtomobil axşam saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər – Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.