Şuşa və Füzulidə müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

Bu gündən etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.

Bu barədə Globalinfo.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.

Qeyd edək ki, Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.