3 1

Suriyada yeni parlamentin formalaşdırılması üçün keçirilən dolayı səsvermənin ilkin nəticələri açıqlanıb.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən, seçki komitəsi 119 deputatın seçildiyini açıqlayıb, lakin onların topladığı səslərin sayını göstərməyib.

Qalib olmayan namizədlərə isə yerli vaxtla saat 17:00-a qədər nəticələrə etiraz etmək imkanı verilib.

Qeyd edək ki, bazar günü keçirilən səsvermədə regional seçki kollegiyalarının təxminən 6 min üzvü əvvəlcədən təsdiqlənmiş siyahılardan namizədləri seçib. Bu proses nəticəsində 210 yerlik yeni parlamentin təxminən üçdə ikisi formalaşdırılacaq. Qalan yerləri isə prezident Əhməd əl-Şaraa təyin edəcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: