Sumqayıtda tüstüdən zəhərlənən ana və uşaqlarının son durumu

Fevralın 1-də saat 05:01 radələrində Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində baş verən yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb edilib.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib. Məlumata görə, hadisə nəticəsində 3 nəfər hospitalizasiya olunub. Digər qazların toksiki təsiri diaqnozu ilə 1996-cı il təvəllüdlü (qadın cinsli) şəxs Təcili Tibbi Yardım Xəstəxanasına, 2015 və 2018-ci il təvəllüdlü (kişi cinsli) azyaşlılar isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.

Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

***11:01

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.