Sumqayıtda məktəbdə yanğın oldu

Sumqayıt şəhərində təmirdə olan orta məktəb binasının sahəsi 3600 m² olan üçmərtəbəli korpusunun birinci mərtəbəsinin dəhlizində həcmi 25 litr olan boya ilə dolu qab və 2 m² sahədə taxta tullantıları yanıb.

Globalinfo.az xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Məktəb binası yanğından mühafizə olunub.