sumqayit kabel part

Sumqayıtda qəza baş verdikdən dərhal sonra dairəvi sistem üzrə alternativ xətlə əraziyə elektrik enerjisi ötürülüb.

Bu barədə Globalinfo.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Səhmdar Cəmiyyətin təmir-bərpa briqadaları ərazidə qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldur:

“Hazırda həm həmin ərazi, həm də ölkənin digər regionlarının keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı davam etdirilir.

Abonentlərdən xahiş edirik ki, qarşılaşdıqları kəsinti və qəza halları ilə bağlı 24 saat fasiləsiz fəaliyyət göstərən 199 – “Çağrı mərkəzi” ilə əlaqə saxlasınlar”.

***

Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.

Globalinfo.az Report-a istinadən verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda, Babək küçəsində qeydə alınıb.

Əraziyə FHN-nin və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Partlayışın səbəbləri araşdırılır.

99fff97f fbd5 3efc b09a fe95d0674a80 850 67d9c756 1d13 336d 8724 63c34d120385 321 5a624422 6637 3c15 a85b a51b486f1405 321 00e16063 28b5 3749 9e7c d12d266c2e46 321 115e0097 c579 3088 9077 4043e55d779d 321

Paylaş: