Sumqayıtda iki nəfər bıçaqlandı: son vəziyyətləri açıqlandı

bicaqlanma 0

Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib

Qeyd olunub ki, 2 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.

X X X

Sumqayıt şəhərində iki qohuma bıçaqla xəsarət yetirmiş şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Sumqayıt şəhərində iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı R.Şərifov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Həmçinin oxuyun:

Türkan Gündüzün qətlinin dəhşətli təfərrüatı – HƏSSAS GÖRÜNTÜ

“2 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.”

Globalinfo.az xəbər verir ki, bu haqda TƏBİB-dən APA-nın soruğusuna cavab olaraq məlumat verilib.

Məlumatda bildirilib ki, bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.

Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb.

Globalinfo.az  Report-a istinadən verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs aralarında baş vermiş münaqişə zəminində Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır