Sumqayıtda beşmərtəbəli bina yandı – Sakinlər çıxarıldı

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yüksək temperaturdan su borusunun 0.5 p.m əridiyi bildirilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.