Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb

243b0438 85a9 3bb2 b838 d5a1940c2160 850

Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.