Sülhməramlıların Qarabağda daha iki məntəqəsi bağlandı

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları daha iki daimi müşahidə məntəqəsini bağlayıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiya sülhməramlıları oktyabrın 6-da 3, 7-də Qarabağda üç müşahidə məntəqəsini bağlayıblar.