Rusiya MN-dən Qarabağdakı sülməramlılar haqda qəribə açıqlama – Atəşkəs?..

“Rusiya sülhməramlı kontingenti Qarabağdakı 18 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməkdə davam edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyanat yayıb.

“Sülhməramlı qoşunların məsuliyyət zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb. Bakı ilə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və humanitar hüququn qorunması istiqamətində əməkdaşlıq davam etdirilir”, – bəyanatda bildirilir.

Qeyd edək ki, Ordumuzun sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağda silahlı birləşmələr qalmayıb. Buna görə də ərazidə atəşkəsin pozulmasına səbəb olacaq vəziyyət yoxdur.

Əliyar Xəlil
Globalinfo.az