Sülh sənədi hazırdır: Zəngəzur dəhlizi və kəndlər haqda nə yazılıb?

Nikol Paşinyanın bu gün etdiyi müraciət bir çox dairələr tərəfindən KTMT-dən çıxışın başlanğıcı hesab olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Mənbələr iddia edirlər ki, bununla Paşinyan təkcə Rusiyanın regiondan sıxışdırılmasına deyil, həm də artıq hazır olan sülh sazişinin imzalanmasına əsas yaradır.

Qeyd olunur ki, Paşinyan Türkiyə və Azərbaycanın bütün tələbləri ilə razılaşıb.

Nəşr sözügedən sənədin Ermənistan üçün mütləq kapitulyasiya sənədi olacağını vurğulayır. Sənədlə həmçinin Zəngəzur dəhlizi və anklavlar məsələsi də öz həllini tapacaq.

Əliyar Xəlil
Globalinfo.az