İrəvan sülh sazişi üçün tarix verdi

“Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması üçün intensiv və konstruktiv işləməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu bəyanatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Bəyanatda iki ölkə arasında sülh müqaviləsinin imzalanması vaxtının çatdığı bildirilib:

“Biz hesab edirik ki, bütün narahatlıqların həlli üçün ən aydın və birbaşa yol müqavilənin imzalanmasıdır. O, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh səhifəsini açacaq”.

Qeyd edək ki, Ermənistanla Azərbaycan İkinci Qarabağ Müharibəsindən indiyə qədər sülh müqaviləsi layihəsini 9 dəfə redaktə edərək mübadilə ediblər. Sonuncu dəfə İrəvan mətnə düzəliş edərək, Bakıya göndərib.

Əliyar Xəlil
Globalinfo.az