
“Ermənistanın mövcudluğunu davam etdirməsi üçün yeganə yol sülhdür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, Bakı ilə münasibətlərin normallaşmasının İrəvanın maraqlarına uyğun olduğunu bildirib:
“Sülhün təmin olunması geniş və mürəkkəb bir prosesdir, asan deyil. Yəni sülhün bərqərar edilməsi ilə Ermənistan böyük bir bataqlıqdan çıxacaq. Əgər o bataqlıda qalsaq, məhv olacağıq, batacağıq”.
Əliyar Xəlil
Globalinfo.az