
“Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiya xəttlərinin açılması istiqamətində Azərbayfanın mövqeyi bəllidir”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyirik.
X X X
Diplomatiyanın əsas məqsədi hansısa problem varsa onun çözülməsinə kömək və dəstəkdir.
Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail danışıqları” ilə bağlı suala cavabında deyib.
Nazir bildirib ki, Türkiyə və İsrailin Azərbaycanda keçirilən təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir:
“Bu açıqlamalar Azərbaycan tərəfindən verilmir. Hesab edirəm ki, bununla bağlı mümkün olan sözlər deyilib”.
X X X
Azərbaycanın Pakistan-Hindistan məsələsində mövqeyi beynəlxalq hüquqa əsaslanır.
Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, son gərginliyin başlama səbəbi kimi Pakistan ərazisinə zərbələr endirilməsi olub: “Bu çox ciddi gərginliyin səbəbi olub. Biz ən qısa zamanda bu gərginliyə son qoymağa çağırırq. Hesab edirəm ki, burada çox məntiqli yanaşma sərgiləyirik”.
X X X
Aktauda baş verən təyyarə qəzası hər zaman Azərbaycan dövlətinin gündəliyində və prioritetindədir.
Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Rusiya ilə təmaslar zamanı bu məsələni hər zaman qaldırırıq:
“Rusiya tərəfinin bizə verdiyi izah ondan ibarətdir ki, hazırda Rusiya tərəfindən istintaq tədbirləri davam edir. İstintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim ediləcək. Biz də həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik”, – deyə nazir əlavə edib.
X X X
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni razılaşdırılıb: “Ermənistandan Azərbaycanın legitim gözləntiləri var. Bu gözləntilər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması və münaqişənin tamamlanması ilə ehtiyac duyulmayan Minsk qrupunun ləğvidir. Prosesləri izləyirik, təmaslar var”.