Sülh danışıqlarında onlar iştirak edəcək – Zelenski qərar verdi

zelenski9
Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqları üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Prezidentin rəsmi saytında dərc edilib.

Qeyd olunur ki, heyətin tərkibinə xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov, Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun müavini Pavel Palisa daxildir. Nümayəndə heyətinin rəhbəri isə Andrey Yermak təyin edilib. Onun həm də Sibiqa ilə razılaşdırma şərtilə heyətin tərkibinə dəyişiklik etmək və digər qurumların nümayəndələrini və ekspertləri də daxil etmək hüququ var.

Qeyd edək ki, Ukrayna nümayəndə heyəti martın 11-də Ciddə danışıqlarında məhz bu tərkiblə iştirak edib.

Aysel Əliyeva
Globalinfo.az