Həmin təyyarədə olan şəxslərin hamısı həlak oldu

teyyare itmis

Cümə axşamı Alyaska üzərində radarlardan itən “Bering Air” təyyarəsində olan 10 nəfərin hamısı həlak olub.

Globalinfo.az APA-ya istinadən xəbər verri ki, bu barədə cümə günü “Associated Press“ ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Unalaklitdən Noma uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.

ABŞ-ın NBC televiziya şirkəti, təyyarənin qalıqlarının Nom şəhərindən 34 mil (54,7 km) cənub-şərqdə aşkar edildiyi xəbərini yayıb.

Qeyd edək ki, bu, iki həftədən az müddətdə ABŞ-da baş verən artıq üçüncü ciddi aviaqəzadır.