Sudanda Türkiyə təyyarəsinə atəş açıldı – YENİLƏNİB

“Sudanda atışmada çətin vəziyyətdə qalan vətəndaşlarımızı təxliyə etmək üçün Vadi Seydnə gedən təyyarəmizə yüngül silahla atəş açılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin təxliyə işini həyata keçirdiyi və personaldan heç kəsin yaralanmadığı vurğulanıb.

***11:36

Sudanda təxliyə məqsədi ilə gələn Türkiyə təyyarəsinə atəş açılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, atəş Sudan xüsusi təyinatlı qüvvələri tərəfindən açılıb.

Türkiyə təyyarəsi Xartumdan təxminən 20 km aralıda yerləşən Vadi Seydna hərbi bazasının aerodromuna eniş edərkən atəşə tutulub. Nəticədə ekipaj üzvlərindən biri yaralanıb.