ff7da275 0ca9 343f 9c5e 8be1fd297d0d 825

Sudanda məscidə cümə namazına toplaşan insanlara pilotsuz təyyarə ilə zərbə endirilib, azı 43 mülki şəxs həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yerli həkimlərə istinadən məlumat yayıb.

Hadisə ölkənin qərbində Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) mühasirəsində olan Əl-Faşir şəhərində baş verib. Pilotsuz təyyarənin ÇRQ-yə məxsus olduğu deyilir. Hücum zamanı köçkünlər düşərgəsindəki məscid hədəf alınıb.

Qeyd edək ki, şəhərin qərb və cənub məhəllələrində döyüşlər şiddətlənib.

“Sudan Tribune” bildirir ki, ÇRQ əvvəllər Afrika İttifaqı-BMT sülhməramlı missiyasının Əl-Faşrin şimal-qərbindəki bazaya girib. Obyekt indi hərbçilərlə könüllülər tərəfindən istifadə olunur.

Paylaş: