su8

Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib.

Globalinfo.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib.

Qərara əsasən, su obyektlərinin dövlət monitorinqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılacaq.

Paylaş: