Strateji qərar vermişəm və bundan imtina etməyəcəm – Paşinyan

“Mən özüm üçün strateji qərar vermişəm və bundan imtina etməyəcəm”.

Globalinfo.az xəbər verir ki. bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, verdiyi qərarın onun üçün vacib olduğunu bildirib.

“Mən başqa yerdən gəlməmişəm. Sizin mühitdə və cəmiyyətdə doğulub, böyüyüb, formalaşmışam. Aydındır ki, baş verən hər şey psixoloji, insani, mənəvi və siyasi baxımdan çox çətindir. Bu yoldan imtina və ya tərk etmək əsl xəyanət olardı”, – deyə Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az