Stoltenberq: “Üç düşmən ölkə birləşib, hərəkətə keçməliyik”

“Qərbin düşmənləri Rusiya, İran və Çin daxil olduqları avtoritar güclərdən ibarət ittifaq çərçivəsində daha sıx əməkdaşlıq edirlər”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “BBC”yə müsahibəsində deyib.

Stoltenberq qeyd edib ki, həmin “avtoritar alyansın” üzvləri bir-birinə “daha ​​sistemli” praktiki dəstək verirlər.

“Yaranmış vəziyyət  “avtoritar alyansa” müqavimət göstərmək üçün təkcə NATO-ya üzv dövlətlər deyil, həm də Hind-Sakit okean tərəfdaş ölkələrinin birgə fəaliyyətini daha da vacib edir”, – NATO-nun baş katibi bildirib. 

Əliyar Xəlil
Globalinfo.az