Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının aktrisası Lyudmila Çursina 84 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“SSRİ Xalq artisti Lyudmila Alekseyevnanın yubileyi 20 iyulda keçirilməli idi. Biz buna hazırlaşırdıq”, – deyə teatrdan bildirilib.
Səhnədəki işlərindən əlavə, Çursina məşhur “Qaranlıq çay” filmi də daxil olmaqla onlarla diqqət çəkən ikinci dərəcəli rolları ilə tanınır.
Günel Cəlil
Globalinfo.az