sahibe meclis

“Fransanın Milli Assambleyası da ölkəmizə qarşı bədnam akt qəbul edib”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu beynəlxalq hüquq normalarına açıq hörmətsizlikdir: “Biz bu qətnaməni də qəti şəkildə rədd edirik. Düşünürük ki, bu qətnamələr Fransanın qanunverici orqanının ciddi şəkildə avаntüra meydanına çevrildiyini göstərir. Təcavüzkar dövlətin öz adıyla çağırılmaması, Fransa tərəfindən ikili standartlara yol verilməsi 30 ildir münaqişənin həllinə mane olub. Bu gün də Fransanın atdığı addımlar regionu yeni təhlükələrə yönləndirir. Ona görə də hesab edirik ki, Fransanın maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir”.

Paylaş: