Sosial media dələduzlarına qarşı əməliyyat: 47 nəfər həbs edildi

Ankarada kibercinayətkarlara qarşı əməliyyat keçirilib.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 58 şübhəlidən 47-si saxlanılıb.

Onlar sosial media hesablarını oğurlayaraq, dost qruplarına yüksək gəlir vəd edən paylaşımlar edərək çoxlu sayda insanı aldatmaqda günahlandırılırlar. Əməliyyatda xeyli sayda mobil telefon, sim-kart və kompüter müsadirə edilib.

Qeyd edilib ki, cinayətkarlar dələduzluq yolu ilə ümumilikdə 79 milyon lirə əldə ediblər.

Araşdırma davam etdirilir.