Paşinyanın Almaniya səfəri zamanı Berlin rəsmiləri ilə müzakirə etdiyi məsələlərdən daha biri ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu məlumat Almaniya kansleri Olaf Şoltsun jurnalistlərin suallarını cavablandırarkən ortaya çıxıb.
Belə ki, jurnalistlər kanslerə Ermənistanla AB, eləcə də Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin qəfil artdığını, bunun İrəvanın Rusiyaya tətbiq edilən sanksiyalardan Moskvanın yan keçməsinə yardım etməsi anlamına gəlib-gəlmədiyini soruşublar. Şolts isə cavabında bu məsələni artıq Ermənistan Baş naziri Nikol Paşinyanla müzakirə etdiyini və tərəflərin ticarət statistikasını diqqətlə izlədiyini bildirib:
“Bizim üçün sanksiyalarımızın dəlinməməsinə əmin olmağımız çox vacibdir. Bu bizim tələbimizdir və ümid edirik, qoyduğumuz qaydalara əməl ediləcək”.
Qeyd edək ki, son zamanlar Ermənistandan Rusiyaya ixracat artıb.
İlkin Həsənov
Globalinfo.az