“Şofer Əhməd” xəstəxanadadır – Vəziyyəti ağırdır

Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların birində müalicə alır.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya kinorejissorun qızı məlumat verib.

O, atasının səhhətinin ağır olduğunu vurğulayıb.

Xatırladaq ki, dünən Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdüyü barədə məlumat yayıb.