dogg

Dünyaca məşhur repçi Snup Doq Azərbaycanın ərazisini Ermənistan ərazisi kimi təqdim edib.

Globalinfo.az xəbər verir ki, repçi bununla bağlı İnstaqramda paylaşım edib.

Belə ki, o, Azərbaycanın Qarabağ bölgəsini “artsax” adlandıraraq bunları yazıb:

“Əziz erməni xalqı, mən sizi düşünürəm və Ermənistanda, “artsax”da və bütün dünyada yaşayan ermənilərə öz sevgimi göndərirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı arzulayıram. Sentyabrın 23-də gələcəyəm”.

373001317 7169074179788441 2958535115971958891 n

Paylaş: