“Sizi aldatmayacam, bu, zəruridir, əks halda…” – Paşinyan

“Ermənistan Respublikası məhz Ermənistan SSR-in ərazisində yaradılmışdır və heç kim bu ərazini mübahisələndirə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Milli Assambleyanın tribunasından yekun nitqində yenidən sərhədlərin demarkasiyasının zəruriliyi və onun təxirə salınması təhlükələri barədə danışarkən deyib.

“Başa düşməliyik ki, demarkasiya baş tutmalıdır. Sizi aldatmayacam, hər prosesdə risklər olur. İndi də olacaq, sadəcə bu riskləri idarə etmək lazımdır”, – Paşinyan deyib.

Safura Bənnayeva

Globalinfo.az