Paşinyan Vardanyanın Qarabağda qalmasını istəmir – SƏBƏB

Ermənistan Baş naziri Nikol Paşinyan istəmir ki, Ruben Vardanyan Qarabağda çalışsın.

Globalinfo.az xəbər verir ki, bunu Xankəndidəki separatçı rejimin Ədalət Fraksiyasından olan deputat David Qalstyan deyib.

O, Vardanyanın istefaya göndərilməsi tələbinin Paşinyan tərəfindən irəli sürüldüyünü, bununla da Qarabağı Azərbaycana qaytarmağı hədəflədiyini bildirib.

Deputatın sözlərinə görə, Araik Arutyunyanın Vardanyanla heç bir şəxsi problemi olmayıb.

“Paşinyan istəmir ki, Ruben Vardanyan Qarabağda işləsin. Bu, (son proses – red.) Nikol Paşinyanın tələbi idi ki, yekun olaraq Qarabağı Azərbaycana qaytara bilsin. Hər dəfə Vardanyan Paşinyana müqavimət göstərəndə problemlər yaranırdı. Vardanyan dedi ki, biz Ermənistandan təkcə maliyyə və humanitar kömək yox, situasiyanın nizamlanması üçün daha ciddi işlər gözləyirik. Bu, Paşinyanın xoşuna gəlmədi”, – o bildirib.

Aqşin
Globalinfo.az