Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərin nəticələrini şübhə altına alan müxalif qüvvələrə müraciət edib.
Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə danışıb. O bildirib ki, əgər müxalifət həqiqətən də seçkilərin saxtalaşdırıldığını düşünürsə, bunun cəmiyyətdə daha geniş etirazlara səbəb olması gözlənilirdi.
“Seçkilər saxtalaşdırılıb, siz isə evdə oturmusunuz? Respublikanın meydanları boşdur? Bu necə mümkündür?” – deyə baş nazir qeyd edib.
O, müxalifət tərəfdarlarını seçkilərin nəticələri ilə razılaşmadıqları təqdirdə öz mövqelərini açıq şəkildə nümayiş etdirməyə və siyasi proseslərdə daha fəal iştirak etməyə çağırıb.
Tahir Turan
Globalinfo.az