Mayın 16-da Cenevrədə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan arasında görüş keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
S.Qafarova və A.Simonyanın rəhbərlik etdikləri nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Ümumdünya Konfransına hazırlıq komitəsinin sessiyasında iştirak edəcəklər.
İki ölkənin parlament rəsmisi sessiya çərçivəsində mayın 15-18-i tarixlərində Cenevrədə işgüzar səfərdə olacaqlar. Görüş bu müddət ərzində baş tutacaq.
Ayşən Mustafa
Globalinfo.az