“Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh artıq reallıq olsa da, bu, eyni zamanda qayğı və diqqət tələb edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənista parlamentinin sədri Alen Simonyan 9 Mayla bağlı mesajında qeyd edib.
“Bu gün mürəkkəb və qeyri-sabit geosiyasi mühitdə sülhü qorumaq, dövlətçiliyi möhkəmləndirmək və təhlükəsiz, demokratik və sabit Ermənistan qurmaqda davam etmək hər zamankindən daha vacibdir”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az