Cənubi Koreya cavab zərbəsi endirdi – Gərginlik pik həddə

Cənubi Koreya hərbçiləri Sarı dənizdəki adalarda təlimlər zamanı 400-ə yaxın mərmi atıblar ki, bu da Şimali Koreyanın demarkasiya xəttinin şimalındakı suları atəşə tutduğu saydan iki dəfə çoxdur.

Hərbi mənbə bildirib ki, Cənubi Koreya tərəfi Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin cənubundakı sularda şərti hədəfləri vurub.

***

ABŞ müttəfiqi olan Cənubi Koreyanı qorumaq üçün bütün hərbi imkanlardan, o cümlədən nüvə silahından istifadə edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin (Pentaqon) Hind-Sakit okean təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratner Cənubi Koreya Müdafiə Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Ço Çanq Re ilə telefon danışığı zamanı bildirib.

Tərəflər Şimali Koreyanın Cənubi Koreya adalarına doğru artilleriya mərmiləri atmasını pisləyiblər.

Rəsmilər Şimali Koreyanın regionda sabitliyi poza biləcək hər hansı təxribat və təhdidlərə qəti şəkildə qarşı çıxacaqlarını bildiriblər.

ABŞ və Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri həmçinin Yaponiya ilə təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığın dərinləşdirilməsinin davam etdirilməsinin vacibliyini müzakirə ediblər.

***

Şimali Koreyanın qərbindən Cənubi Koreyanın Sarı dənizdəki adalarına 200-ə yaxın artilleriya mərmisi atılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı mülki şəxslər və hərbçilər arasında ölən olmayıb.

Qeyd edək ki, 2010-cu ildə Şimali Koreyanın artilleriya atəşinə məruz qalan Yenpxyendo adasının sakinləri təxliyə edilib.