Rusiya rəsmən elan etdi: Qafqazda yeni savaşın anonsu verildi

Cənubi Qafqazın üzərində yeni buludlar dolaşır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri, Rusiyanın Gürcüstanla apardığı danışıqların real kuratoru Qriqori Karasin deyib.

“Qərblilər Rusiya ilə konfrontasiya fonunda Cənubi Qafqazda təhlükəsizlik üçün Cenevrə diskussiyaları (Abxaziya, Cənubi Osetiya, Gürcüstan, Rusiya, ABŞ, ATƏT, BMT və Avropa Birliyi) çərçivəsində aparılan danışıqlar formatını faktiki olaraq dondurublar. Bu, 2008-ci ildə yaradılmışdı və regionda gərginliyin qarşısının alınması üçün etibarlı zəmanət rolunu oynayırdı. Rusiya həmişə onun, eləcə Cenevrə diskussiyaları çərçivəsində yaradılan insidentlərə reaksiya mexanizmləri işində məsuliyyətlə iştirak edib. Yəqin, proqnozlaşdırılmaq artıq Vaşinqtonun planlarına daxil deyil. Belə çıxır ki, Cənubi Qafqaz regionunun xalqları indi əziyyət çəkməyə və narahat olmağa başlayacaqlar. Biz bunu nəzərə alıb hazırlaşmalıyıq”, – o bildirib.

Qeyd edək ki, son aylarda Gürcüstanla bağlı situasiya kəskinləşib. Tbilisinin Ukraynanı müdafiə etməməsi Vaşinqtonda narazılığı artırıb. Nəticədə Tbilisiyə qarşı tənqidlərini artıran ABŞ dolayı yolla ölkənin “boz kardinalı” Bidzina İvanişviliyə qarşı təqibləri maksimum səviyyəyə yüksəldib.

Gürcüstanın Rusiya ilə münasibətlərində də müsbət irəliləyişlər olması ABŞ-da narazılığı artırıb. Digər tərəfdən isə Moskva ilə münasibətləri normal saxlamağa çalışan Tbilisi ona alternativ olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrini heç vaxt görülmədiyi qədər inkişaf etdirməyə başlayıb.

İlkin Həsənov
Globalinfo.az