Türkiyənin Şanlıurfa vilayətində liseyə hücumla bağlı yeni detallar məlum olub.
Globalinfo.az xəbər verir ki, hadisəni törədən 19 yaşlı Ömər Ket hücumdan əvvəl sosial şəbəkələrdə təhdid məzmunlu paylaşımlar edib.
O paylaşımında “Hazır olun, bu məktəbə bir neçə gün sonra hücum olacaq” tipli statuslar yazıb.
Xatırladaq ki, Ö.Ket liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı 16 nəfər xəsarət alıb.