“Sezar” döyüş meydanına göndərilir

Paris Kiyevə 40-a yaxın uzaqmənzilli SCALP raketi, “Sezar” özüyeriyən haubitsa və müəyyən sayda bomba göndərməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron danışıb.

Fransa lideri fevralda Kiyevə səfər edəcəyini açıqlayıb.

O, Ukrayna rəhbərliyi ilə silah tədarükü məsələsini müzakirə etməyi, həmçinin təhlükəsizlik zəmanəti elementlərini özündə əks etdirən saziş imzalamağı planlaşdırır.

Safura Bənnayeva
Globalinfo.az