Sevda Sultanovaya hücumla bağlı DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi (DİN) tanınmış kinotənqidçi Sevda Sultanovaya qarşı rejissor Kamran Şahmərdan tərəfindən hücuma məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Report-a məlumat verib. O, bildirib ki, mübahisə noyabrın 26-da şəxsi münasibətlər zəmnində baş verib.

Hazırda məsələ ilə bağlı müvafiq araşdırma aparılır.