Müğənni Elçin qarlı havada qəzaya düşdü

resize

Müğənni Elçin Cəfərov avtomobil qəzası keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə sənətçi “Xəzər axşamı” verilişində açıqlama verib.

O bildirib ki, qəza proqrama gələrkən baş verib: “Qar yağdığı üçün maşın sürüşdü, digər maşınla toqquşdu. Yollar bir az sürüşkəndir.

Mən hələ belə bir şey görməmişdim. Avtomobil sahibi ilə mehribancasına salamlaşdıq, ikimiz də “heç nə lazım deyil” dedik və sağollaşdıq. Bilmədim, məni tanıdı ya yox. Olur ki, gəlib maşınını vururlar, düşürsən nəsə deməyə, elə qışqırır ki, bağışla cavabını verirsən”.