Türkiyədə bir vətəndaş səsverməyə məşhur film qəhrəmanı “Hörümçək adam”ın geyimində gəlib.
Globalinfo.az xəbər verir ki, o səs verdikdən sonra çəkilmiş fotosunu paylaşaraq bunları yazıb:
“Vətəndaşlıq vəzifəmizi yerinə yetirdik. Ölkəmiz üçün xeyirli olsun”.
Onun səsverməyə bu geyimdə gəlməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Digər vətəndaş isə Osmanlı ordusu əsas hərbi birliyi olan Yeniçəri libasında səsverməyə qatılıb.
Sözügedən şəxslərin fotosunu təqdim edirik: