“Kiyev Qərbin hərbi yardımı olmadan heç nə edə bilməyəcək”.
Globalinfo.az bildirir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Fox News telekanalına müsahibəsində bildirib.
O, Vaşinqtonun Kiyevə bir sıra silahların tədarükünü dayandırması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib:
“Ukrayna qısa müddətdə Qərbin silah təchizatı, xüsusən də sursat və hava hücumundan müdafiə sistemləri olmadan heç nə edə bilməyəcək. Kiyevin “sağ qalması” çox çətindir”, – Rutte vurğulayıb.
Əliyar Xəlil