Ermənilər strateji ərazimizi məhv edir: ŞOK GÖRÜNTÜLƏR – VİDEO

16:51

Sərsəng su anbarında faciəvi vəziyyət hökm sürür. Yayımlanan son videoda anbarın tamamilə quruduğu görünür.

Globalinfo.az xəbər verir ki, son bir neçə ayda separatçılar Xankəndini elektrik enerjisi ilə təmin etmək üçün Sərsəngdəki ehtiyatdan istifadə ediblər.

Nəzarətsiz və yanlış istifadə dekabrdan bu yana anbarda suyun sürətlə azalmasına səbəb olub. Ermənilər qışda dağlarda toplanan qarın yayda əriyərək anbara axacağını düşünüblər və buna görə də arxayın şəkildə suyu elektrik enerjisinin təminatına sərf ediblər. Amma qışda yağıntının az düşməsilə səbəbi ilə bu, reallaşmayıb.

Sərsəngin son videosunu təqdim edirik:

Ayşən Mustafa
Globalinfo.az